"Fiorentina"nın hücumçusu Federiko Kyeza avtomobil qəzası keçirib. Matc.az saytı xəbər verir ki, hadisə dünən Florensiyada baş verib.

21 yaşlı futbolçu öz avtomobili ilə hərəkətdə olarkən motosikletlə toqquşub. Qəza zamanı futbolçunun özünə heç nə olmasa da, motosikletin sürücüsü xəstəxanaya götürülüb. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Qeyd edək ki, ötən ildən İtaliya yığmasının da formasını geyinən Kyeza 2016-cı ildən "Fiorentina"nın əsas komandasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest