"Yuventus"un yarımmüdafiəçisi Duqlas Kosta "Mançester Siti"nin maraq dairəsinə düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "şəhərlilər" bu keçidin reallaşması üçün qarşı tərəflə danışıqlara başlayıb.

28 yaşlı braziliyalı özü də Mançester klubunun formasını geyinməkdə maraqlıdı. Kostanın transfer qiyməti 60 milyon avro dəyərində göstərilir. Onunla həmçinin "Arsenal", "Mançester Yunayted" və PSJ də maraqlanır.

Pep Qvardiolanın ixtiyarında görmək istədiyi digər oyunçu Saulun transferi isə düyünə düşüb. İngilislər ispaniyalı üçün 100 milyon avro ödəməyə hazırdı. Ancaq "Atletiko"nun tələbi 150 milyon avrodu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest