"Hər iki komandanın ifasında maraqlı və əzmkar oyun alındı. Rəqib bizi əks-hücumda yaxaladı. Matçın ədalətli nəticəsi heç-heçə olardı. Penalti epizoduna baxmaq lazımdı. Hakimlərimiz həddindən artıq fit çalır. Bəzən bu fit birtərəfli olur".

"Hər iki komandanın ifasında maraqlı və əzmkar oyun alındı. Rəqib bizi əks-hücumda yaxaladı. Matçın ədalətli nəticəsi heç-heçə olardı". Matc.az saytı xəbər verir ki, bu sözlər "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədova məxsusdu.

Topaz Premyer Liqasının XXII turunda lider "Neftçi"ni qəbul edən paytaxt təmsilçisi meydanı məğlub tərk edib - 0:1.

Oyunsonrası mətbuat konfransında Əhmədov fikrini bu sözlərlə davam etdirib: "Penalti epizoduna baxmaq lazımdı. Hakimlərimiz həddindən artıq fit çalır. Bəzən bu fit birtərəfli olur. Ona görə narazılıq edirdim".

Baş məşqçi matçın 30-cu dəqiqəsində zədələnərək meydanı tərk edən qapıçı Kamran Ağayevin də durumuna aydınlıq gətirib: "Onun sol əlində çat var. Artıq gipsə qoyulub. Yəqin ki, uzun müddət bizimlə olmayacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest