İngiltərə Premyer Liqasında mövsümün sonunda çempionşipə yuvarlanacaq ilk komandanın adına aydınlıq gəlib. Matc.az saytının məlumatına görə, XXXII turda baş tutan "Kristal Pelas" - "Haddersfild" görüşünün nəticəsi qonaqların elitanı tərk edəcəyini rəsmiləşdirib.

Belə ki, səfərdə 0:2 hesabı ilə məğlub olan Yan Sivertin yetirmələri üçün son 6 tur formal xarakter daşıyacaq.

Hazırda aktivində 14 xalı olan "Haddersfild"in 17-ci pilləyə yüksəlmək şansı qalmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest