Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Görüşdə qalib müəyyənləşməyib.

Şəhriyar Məmmədyarov isə qara fiqurlarla Aleksandr Qrişukla xalları yarı bölüb.

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi "ShamkirChess" superturniri start götürüb. Matc.az xəbər verir ki, bu gün ilk turun görüşləri keçirilib.

Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Görüşdə qalib müəyyənləşməyib.

Şəhriyar Məmmədyarov isə qara fiqurlarla Aleksandr Qrişukla xalları yarı bölüb.

Turnirin bütün oyunlarında rəqiblər bir-birilərinə qarşı üstünlük qura bilməyiblər.

Aniş Giri (Hollandiya) - Veselin Topalov (Bolqarıstan) - 0.5:0.5
Sergey Karyakin (Rusiya) - Dinq Liren (çin) - 0.5:0.5
Alekandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0.5:0.5
Teymur Rəcəbov (Azərbaycan) - Maqnus Karlsen (Norveç) - 0.5:0.5
Vişvanatan Anand (Hindistan) - David Navara (çexiya) - 0.5:0.5

Qeyd edək ki, 9 turdan ibarət "ShamkirChess"ə aprelin 9-da yekun vurulacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest