Topaz Premyer Liqasında XXII turun daha iki qarşılaşması keçirilib. Matc.az saytının məlumatına görə, ilk iki oyunu martın 30-da keçirilmiş tura yekun vurulub.

İlk olaraq meydana "Qəbələ" və "Sabah" kollektivləri çıxıb. İki gün əvvəl 3-cü pillədəki "Səbail" qələbə qazandığından, "Qəbələ" fərqin artmaması üçün doğma azarkeşləri önündə qalib gəlməli idi. Lakin 90 dəqiqə ərzində o qədər də sürətli keçməyən matçda qolsuz bərabərlik qeydə alınıb.

"Sumqayıt" – "Qarabağ" qarşılaşması isə çempionluq baxımından həlledici əhəmiyyətə malik idi. "Neftçi"nin "Keşlə"ni məğlub etməsindən sonra ağdamlıların büdrəmək şansı yox idi. Qurban Qurbanovun komandası səfərdə qələbəni gözləniləndən də rahat qazanıb. Belə ki, ağdamlılar rəqib qapısından 6 cavabsız top keçirərək, "Neftçi"nin vahid lider olmasına imkan verməyib. "Sumqayıt" isə sonuncu pillədə qalıb.

 

Topaz Premyer Liqası
XXII tur
1 aprel (bazar ertəsi)

"Sumqayıt" – "Qarabağ" - 0:6

Qollar: Dani Kintana, 17; Mahir Mədətov, 20, 40; Filip Ozobiç, 51; Abdullah Zubir, 78, 84

"Kapital Bank Arena". Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Kamal Umudlu

"Sumqayıt": 12. Rəşad Əzizli, 4. Şəhriyar Əliyev, 21. Arif Daşdəmirov, 99. Əli Babayev, 60. Elvin Məmmədov (k), 10. Aleksey İsayev, 7. Cavid Tağıyev, 5. Adil Nağıyev, 34. Elvin Bədəlov, 8. Peyman Babayi, 9. Ehtiram Şahverdiyev

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 15. Əmir Ağayev, 70. ülvi İsgəndərov, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 49. İbrahim Əliyev, 20. Rüfət Abdullazadə, 6. Səbuhi Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

"Qarabağ": 13. Vaqner da Silva, 5. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 77. Donald Gerye, 19. Filip Ozobiç, 8. Markos Madeyra, 10. Dani Kintana, 11. Mahir Mədətov

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 94. Nicat Mehbalıyev, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 9. Araz Abdullayev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 99. Reynaldo Silva, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 70. Nicat Süleymanov

Baş məşqçi: Qurban Qurbanov

 

"Qəbələ" – "Sabah" - 0:0

Qırmızı vərəqə: Kərim Diniyev, 90+1

Qəbələ şəhər stadionu. Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Nail Nağıyev

"Qəbələ": 22. Dmitri Bezotosnı, 34. Urfan Abbasov, 18. İlqar Qurbanov, 14. Cavid Hüseynov (k), 11. Asif Məmmədov, 10. Rauf Əliyev, 3. Voislav Stankoviç, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 4. Elvin Camalov, 21. Atakora Lalavele, 88. Sabien Lilay, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 2. Amin Seydiyev, 98. Rövlan Muradov, 6. Rüstəm Nuruyev, 77. Samir Qurbanov

Baş məşqçi: Zaur Həşimov

"Sabah": 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 91. Coşqun Diniyev, 17. Təmkin Xəlilzadə, 7. Rəşad Eyubov, 6. Vadim Abdullayev, 10. Cavid İmamverdiyev (k), 13. Filip İvanoviç, 25. Vanderson Silva, 15. Erik Ramos, 11. Elgün Nəbiyev

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 21. Novruz Məmmədov, 19. Məqsəd İsayev, 4. Tərzin Cahangirov, 33. Eltun Turabov, 88. Elçin Əsədov, 12. Zahid Mərdanov, 97. Emil Qasımov, 77. Şakir Seyidov

Baş məşqçi: Elşad Əhmədov

 

1.

Neftçi

22

14

6

2

37:15

48

2.

Qarabağ

22

14

6

2

47:18

48

3.

Səbail

22

10

4

8

26:22

34

4.

Qəbələ

22

7

9

6

24:23

30

5.

Sabah

22

6

5

11

16:30

23

6.

Zirə

22

5

7

10

19:30

22

7.

Keşlə

22

5

4

13

21:33

19

8.

Sumqayıt

22

4

5

13

16:35

17

Bombardirlər: Baqali Dabo ("Neftçi"), Mahir Mədətov ("Qarabağ") - 9 qol

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest