Beynəlxalq Şahmat Federasiyası (FİDE) aprel ayı üçün reytinq siyahısını açıqlayıb. Matc.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, norveçli dünya çempionu Maqnus Karlsen liderliyini qoruyur.

Onu ABŞ təmsilçisi Faboano Karuana izləyirsə, çinli Liren Dinq ilk "3-lüy"ü tamamlayır. Azərbaycanlı qrossmeysterlər arasında ən yüksək reytinqə malik olan Şəhriyar Məmmədyarov 5-ci pillədə qərarlaşır. Şahmatçımız liderdən 52 xal geri qalır.

Reytinqdə 1 pillə irəliləyən Teymur Rəcəbov aktivindəki 2756 xalla 12-ci yerə yüksəlib. Həmçinin yığmamızın daha 2 üzvü "100-lüy"ə düşüb. Arkadi Naydiç 2695 xalla 42-ci, Qədir Hüseynov isə 2654 xalla 97-ci pillədə qərar tutur.

Qadınlardan cəmi bir şahmatçımız "100-lük"də özünə yer tapa bilib. Günay Məmmədzadə (2438 xal) 40-cı yerdədi.

 

Kişilərin reytinqində ilk "10-luq"­­­

1. Maqnus Karlsen (Norveç) - 2845 xal

2. Fabiano Karuana (ABŞ) - 2819

3. Liren Dinq (çin) - 2809

4. Aniş Giri (Hollandiya) - 2797

5. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 2793

6. Vişvanatan Anand (Hindistan) - 2774

7, Yan Nepomnyaşi (Rusiya) - 2773

8. Maksim Vaşe-Laqrav (Fransa) - 2773

9. Aleksandr Qrişuk (Rusiya) - 2771

10. Levon Aronyan (Ermənistan) - 2763

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest