çempionlar Liqası və Avropa Liqası klublarının biletlərin qiymətindən şikayətçi olması UEFA-nı hərəkətə gətirib. Matc.az saytı xəbər verir ki, qitə futbol qurumu bununla bağlı limit tətbiq edəcək.

çempionlar Liqasının 1/8 final mərhələsində "Bavariya" ilə "Liverpul" arasında keçirilən oyunlardan sonra hər iki komanda səfər matçındakı biletlərin qiymətinin baha olmasından şikayətlənib. Daha sonra onlara "Anderlext"lə "Porto" da qoşulub. 1/4 finaldakı rəqiblər "Barselona" ilə "Mançester Yunayted" arasında keçiriləcək oyun öncəsi də ingilislər narazılıqlarını bildiriblər. Buna səbəb "Nou Kamp"dakı görüşdə qonaqlar üçün biletin qiymətinin 117 avro olmasıdı.

Vəziyyətdən narahat olan UEFA gələn mövsüm limit tətbiq etmək qərarına gəlib. Belə ki, avrokubok matçlarında qonaqlar üçün nəzərdə tutulan biletlərə konkret qiymət qoyulacaq və klublar həmin məbləği keçə bilməyəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest