Avropada mövsüm sona yaxınlaşdıqca "Qızıl buts" uğrunda mübarizə aparan futbolçular da konkretləşir. Matc.az saytının məlumatına görə, "Barselona"nın kapitanı Lionel Messi turdan-tura liderliyini daha da möhkəmlədir.

Argentinalı superulduz La Liqanın XXIX turunda "Espanyol"la qarşılaşmada dub edərək, növbəti "Qızıl buts"una bir addım da yaxınlaşıb. Bu mövsüm ölkə çempionatında aktivinə 31 qol yazdıran Leonu PSJ-nin hücumçusu Kilian Mbappe izləyir. Messinin əsas rəqibi sayılan Fransa millisinin üzvü Liqa1-in XXX turunda "Tuluza"nı məğlubiyyətə uğradan qola imza ataraq, toplarının sayını 27-yə çatdırıb.

 

"Qızıl buts" uğrunda mübarizədə hazırkı vəziyyət:

1. Lionel Messi ("Barselona") - 31 qol (62 xal)

2. Kilian Mbappe (PSJ) - 27 qol (54 xal)

3. Fabio Kvalyarella ("Sampdoriya") - 21 qol (42 xal)

4-8. Kriştianu Ronaldo ("Yuventus") - 19 qol (38 xal)

4-8. Kşiştof Pyontek ("Milan") - 19 qol (38 xal)

4-8. Serxio Aquero ("Mançester Siti") - 19 qol (38 xal)

4-8. Robert Levandovski ("Bavariya") - 19 qol (38 xal)

4-8. Duvan Zapata ("Atalanta") - 19 qol (38 xal)

 

Qeyd edək ki, "Qızıl buts"a ən çox layiq görülən futbolçu Lionel Messidi. 31 yaşlı futbolçu 5 dəfə (2009–10, 2011–12, 2012–13, 2016–17, 2017–18) bu mükafata yiyələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest