Sabah futzal üzrə Yüksək Liqada XXIV turun oyunları keçiriləcək. Matc.az saytı xəbər verir ki, çempionatın lideri "Araz" meydana bir itki ilə çıxacaq.

Belə ki, İsa Atayev autsayder "Yasamal" İSK ilə görüşü buraxacaq. Buna səbəb onun 4 sarı vərəqə limitini doldurmasıdı.

5 futzalçı isə bu turda ehtiyatlı oynamaq məcburiyyətindədi. Məsələ burasındadı ki, Məhəmməd Eyniyev ("Yasamal" İSK), Tural Lətifov ("Yasamal" MFK), Hamid Reza, Ali Abdollahi (hər ikisi "Neftçi" İK) və Omid Nabat ("Xəzər Cənub") sabahkı turda sarı vərəqə alarsa, cəzalı duruma düşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest