"Atletiko" mövsüm başa çatmamış iki oyunçunun keçidini həll edib. Matc.az saytının "A Bola" nəşrinə istinadən məlumatına görə, Madrid klubu "Porto"nun futbolçuları ilə güclənib.

Belə ki, cinah müdafiəçisi Aleks Telleş və yarımmüdafiəçi Ektor Errera gələn mövsümdən Dieqo Simeonenin ixtiyarında olacaq. Telleşin keçidi ispanlara 30 milyon avroya başa gəlib. Kapitan Errera isə müqavilə müddəti başa çatdığından, azad agent kimi keçəcək.

Qeyd edək ki, 29 yaşlı Errera 2013-cü ildən "Porto"nun formasını geyinirsə, 27 yaşlı Telleş 2016-cı ildə "Qalatasaray"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest