01 Aprel 2019, 20:04
DİGƏR
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirinin ikinci turunda dünya çempionu Maqnus Karlsenə (Norveç) məğlub olan sabiq dünya çempionu Vişvanatan Anand mətbuat konfransını yarımçıq tərk edib. Matc.az-ın turnirin mətbuat xidmətinə istinadən məlumatına görə, Anand konfransa gələn kimi getməli olduğunu bildirərək, öncə ona sual verilməsini istəyib.
Hindistanlı qrossmeyster oyunu qısa şərh edərək, digər sualları cavablandırmadan, rəqibi Karlsenin fikirlərini bildirməsini gözləmədən əsəbi halda konfransı tərk edib.
Qeyd edək ki, ikinci turdan sonra Anandın aktivində 0.5 xal var. Karlsen isə bu oyundan sonra xalını 1.5-ə yüksəldib.