"Roma"nın direktoru Françesko Totti komandanın gələcək baş məşqçisinin adını açıqlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc klub rəsmisi sabiq komanda yoldaşı Daniele De Rossini bu postda görmək arzusundadı.

O, yerli mətbuata müsahibəsində hər şeyin "canavarlar"ın hazırkı kapitanından asılı olacağını söyləyib: "De Rossi "Roma" üçün əsas fiqurdu. Hər gün onun gələcəyini müzakirə edirik. Əgər Daniele özü də baş məşqçi kimi çalışmaq istəsə, oturub, bütün detalları müzakirə edəcəyik".

Qeyd edək ki, Daniele De Rossi 2001-ci ildən "Roma"nın əsas komandasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest