Almaniya Futbol İttifaqının (DFB) prezidenti Raynhard Qrindel istefa verib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, buna "Der Spiegel" nəşrində dərc edilən məlumat səbəb olub.

Bildirilir ki, Qrindel il yarım öncə Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkisin ad günü münasibətilə ona hədiyyə etdiyi 78 min avroluq saatı qəbul edib. 57 yaşlı funksioner bu barədə ya yerli ittifaqı məlumatlandırmalı, ya da onu geri qaytarmalı idi. Ancaq bunu gizlədən Qrindel yerli KİV tərəfindən ciddi təzyiqlərlə üzləşib. Nəticədə prezident postundan ayrılmaq qərarına gəlib.

Onu müvəqqəti olaraq vitse-prezidentlər Rayner Kox və Raynhard Rauball əvəz edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest