Topaz Premyer Liqası və I Divizionun növbəti turunda bir oyunun hakimi dəyişdirilib. Matc.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, bu barədə Hakim və hakim-inspektorlar üzrə komitəsi qurumu məlumatlandırıb.

Belə ki, Topaz Premyer Liqasının XXIII turunun "Sumqayıt" – "Keşlə", I Divizionun XXI turunun "Keşlə-2" – "Turan Tovuz" oyunlarının hakim təyinatlarında dəyişiklik edilib.

"Sumqayıt" – "Keşlə" qarşılaşmasında Namiq Hüseynovu Vüqar Bayramov, "Keşlə-2" – "Turan Tovuz" görüşündə isə Vüqar Bayramovu Teymur Teymurov əvəz edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest