"Atletiko"nun yarımmüdafiəçisi Rodri Ernandes karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Mançester Siti" gənc oyunçunun xidmətində maraqlıdı.

22 yaşlı dayaq yarımmüdafiəçisini "Barselona"lı Serxio Busketsə bənzədən "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola həmyerlisini ixtiyarında görmək arzusundadı. Premyer Liqa təmsilçisi qarşı tərəflə danışıqlara artıq başlayıb. İngilislər bu keçid müqabilində 70 milyon avrosundan keçməyə hazırdı.

Qeyd edək ki, Rodri bu mövsüm La Liqada keçirdiyi 26 oyunda 2 qola imza ayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest