"Atletiko" ciddi itki ilə üzləşib. Matc.az saytının məlumatına görə, Madrid təmsilçisi bir müddət hücumçusu Alvaro Moratanın xidmətlərindən məhrum olacaq.

İspaniya millisinin də şərəfini qoruyan forvard La Liqanın 30-cu turunda "Jirona" ilə oyunda zədə alıb. Bu səbəbdən Morata komandasının bugünkü məşqini buraxıb.

İspaniya mətbuatı hücumçunun ölkə çempionatının növbəti turunda "Barselona" ilə matçı böyük ehtimalla buraxacağını yazıb.

Qeyd edək ki, "Barselona" – "Atletiko" görüşü aprelin 6-da baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest