İngiltərə Premyer Liqasının XXXIII turunda keçirilən "Vulverhempton" - "Mançester Yunayted" görüşünün referisi Mayk Din tarixə düşüb. Matc.az-ın Goal.com saytına istinadən məlumatına görə, 50 yaşlı baş hakim ikinci hissədə qonaqların futbolçusu Eşli Yanqı meydandan qovub.

Bu, Dinin karyerası ərzində Premyer Liqada göstərdiyi 100-cü qırmızı vərəqə olub. Veteran hakim İngiltərə çempionatı tarixində 100 qırmızı vərəqə həddinə çatan ilk referi olub.

Qeyd edək ki, "Vulverhempton" - "Mançester Yunayted" oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest