Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov qara fiqurlarla dünya çempionu və yarışın lideri Maqnus Karlsenlə üz-üzə gəlib. Görüş heç-heçə nəticələnib. Teymur Rəcəbov isə ağ fiqurlarla Sergey Karyakinlə bərabərə qalıb.

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturniri davam edir. Matc.az saytının məlumatına görə, bu gün V turun görüşləri keçirilib.

Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov qara fiqurlarla dünya çempionu və yarışın lideri Maqnus Karlsenlə üz-üzə gəlib. Görüş heç-heçə nəticələnib.

Teymur Rəcəbov isə ağ fiqurlarla Sergey Karyakinlə bərabərə qalıb.

 

"ShamkirChess 2019"

V tur

4 aprel

Teymur Rəcəbov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Vişvanatan Anand (Hindistan) - Aniş Giri (Hollandiya) - 1:0

David Navara (çexiya) - Dinq Liren (çin) - 1:0

Alekandr Qrişuk (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 1:0

 

Turnir cədvəli: 1. Maqnus Karlsen – 3,5 xal; 2-3. Sergey Karyakin, Vişvanatan Anand - 3 xal; 4-7. Teymur Rəcəbov, David Navara, Dinq Liren, Aleksandr Qrişuk- 2,5 xal; 8-9. Şəhriyar Məmmədyarov, Veselin Topalov - 2 xal; 10. Aniş Giri - 1,5 xal.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest