AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının qapıçısı Lovre Kaliniç klubunu dəyişəcək. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Aston Villa"nın qolkiperi klub rəhbərliyindən xəbərdarlıq alıb.

Belə ki, bu ilin yanvarında "Gent"dən transfer edilən 29 yaşlı futbolçu heç cür əsas heyətə düşə bilmir. Mövsümün sonunda "Aveş"dən Kuentin Beunardeunu heyətinə qatmağı planlaşdıran çempionşip təmsilçisi Kaliniçə yayda özünə klub tapmaq tapşırığı verib. Onun komandası ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.

Qeyd edək ki, Lovre Kaliniç AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan (2:1) və Macarıstanla (1:2) qarşılaşmalarda Xorvatiya yığmasının qapısını qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest