Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov zədəsini sağaldıb. Yığmadan zədəli qayıdan və III Bundesliqanın ötən tur oyununu ehtiyatda keçirən Dadaşov artıq tam şəkildə kollektiv məşqlərdə iştirak edir.

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov zədəsini sağaldıb. Matc.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, bunu "Proyssen"in baş məşqçisi Marko Antverpen deyib.

O, yığmadan zədəli qayıdan və III Bundesliqanın ötən tur oyununu ehtiyatda keçirən Dadaşovun artıq tam şəkildə kollektiv məşqlərdə iştirak etdiyini söyləyib. çalışdırıcı "Mappen"lə matç öncəsi iki hücumçu Kirill Akono və Rüfət Dadaşovun ixtiyarında olmasına sevindiyini bildirib.

Qeyd edək ki, "Proyssen" - "Mappen" oyunu bu gün keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest