"Valensiya"nın müdafiəçisi Ezekyel Qarayın taleyinə aydınlıq gəlib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Argentina millisinin üzvü "yarasalar"dakı çıxışını davam etdirəcək.

33 yaşlı oyunçu bir neçə klubdan sərfəli təklif alsa da, "Valensiya" ilə yeni müqaviləyə qol çəkib. O, 2020-ci ilin yayına qədər olan sözləşməsinin müddətini daha 1 il uzadıb.

Qeyd edək ki, Ezekyel Qaray "Valensiya"ya 2016-cı ildə "Zenit"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest