"Səbail" bir futbolçusunu əvəzedici heyətə göndərib. Matc.az saytı xəbər verir ki, müdafiəçi Maudo Jarjue bu gün ikinci komandanın heyətində I divizion oyununa çıxıb.

Əsas komandada müntəzəm matçlarda iştirak edən qvineya-bisaulunun "Zaqatala" ilə qarşılaşmada iştirakı gözlənilməz olub. Maraqlıdı ki, 22 yaşlı futbolçu artıq 44-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən "Zaqatala" - "Səbail-2" görüşündə qonaqlar 2:1 hesabı ilə öndədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest