Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün VI turun görüşləri keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qara fiqurlarla mübarizə aparıblar.

Məmmədyarov bolqarıstanlı Veselin Topolova məğlub olub.

Rəcəbov isə rusiyalı Aleksandr Qrişukla xalları yarı bölüb.

"ShamkirChess 2019"
VI tur

Aniş Giri (Hollandiya) - David Navara (çexiya) - 0,5:0,5

Dinq Liren (çin) - Maqnus Karlsen (Norveç) - 0.5:0.5

Sergey Karyakin (Rusiya) - Vişvanatan Anand (Hindistan) - 1:0

Alekandr Qrişuk (Rusiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0.5:0.5

Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0:1

Qeyd edək ki, 5 turdan sonra turnir cədvəlinə 4 xalla Maqnus Karlsenlə Sergey Karyakin başçılıq edir. Hərəyə 3 xalı olan Vişvanatan Anand, David Navara, Aleksandr Qrişuk, Dinq Liren, Veselin Topalov və Teymur Rəcəbov 3 - 8-ci, hərəyə 2 xal toplayan Şəhriyar Məmmədyarov və  Aniş Giri isə 9-10-cu pillənin şərikləridir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest