Etiraf edim ki, bacarmadım. İstefa verəcəyəmmi? Rəhbərliklə danışacağam. Hər şey ola bilər. Əvvəl işlədiyim yerlərdə alınırdı, burada mümkün olmadı. Rəhbərliklə danışıb, bir qərar verəcəyik. Bu il mənə qədər 2 baş məşqçi dəyişib. Yayda yetərincə yaxşı futbolçular götürmək lazım idi.

"Belə oyun haqda danışmağa söz tapmıram. Autsayderlərin görüşü olduğu üçün üzərimizdə həddindən artıq təzyiq vardı. Zədəlilər də bir tərəfdən". Matc.az saytının məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXIIl turunda səfərdə "Sumqayıt"a 1:2 hesablı məğlub olduqları görüşdən sonra mətbuat konfransında deyib.

O, bildirib ki, futbolçuların məğlub psixologiyası var və dəyişməkdə çətinlik çəkir: "Burada komandanı düzəltməkdə çətinlik çəkdim. Etiraf edim ki, bacarmadım. İstefa verəcəyəmmi? Rəhbərliklə danışacağam. Hər şey ola bilər. Əvvəl işlədiyim yerlərdə alınırdı, burada mümkün olmadı. Rəhbərliklə danışıb, bir qərar verəcəyik. Bu il mənə qədər 2 baş məşqçi dəyişib. Yayda yetərincə yaxşı futbolçular götürmək lazım idi. Qışda isə cəmi 6 oyunçu götürdük".

Əhmədov deyib ki, səhvləri analiz etsələr də, nəticə əldə etmək olmur: "AZAL-da komandanı özüm qurmuşdum. Orada pul olmasa da, mənə görə canların qoyurdular. Burada həmin komandanı qura bilmədim. Bəlkə qalan 5 turda kimsə bunu bacara bilər".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest