"Əsas odu bu səhv nəticəyə təsir etmədi. Balayev səhvə yol versə də, əvvəlki turlardakı kimi, etibarlı və inamlı idi. Ancaq böyük ümidlər bəslədiyimiz digər qapıçı Sultan Busurmanova da şans verəcəyik".

"Daha böyük hesabla qalib gələ bilərdik. Sadəcə, son dəqiqələr gərgin alındı, futbolçularda əsəbilik yaranmışdı". Matc.az saytı xəbər verir ki, bunu "Tobol"un baş məşqçisi Vladimir Qazzayev deyib.

Kostanay təmsilçisinin Qazaxıstan Premyer Liqasının IV turunda "Aktobe" üzərində 2:1 hesablı qələbə qazanıb. "Tobol"un çərçivəsini qoruyan Azərbaycan millisinin qapıçısı Emil Balayev son dəqiqələrdə kobud səhvdən qol buraxıb.

Oyunsonrası mətbuat konfransında bununla bağlı sualı cavablandıran Qazzayev qapıçını müdafiə edib. Lakin o, növbəti turlarda digər qapıçıya şans verəcəyini də gizlətməyib: "Əsas odu bu səhv nəticəyə təsir etmədi. Balayev səhvə yol versə də, əvvəlki turlardakı kimi, etibarlı və inamlı idi. Ancaq böyük ümidlər bəslədiyimiz digər qapıçı Sultan Busurmanova da şans verəcəyik. Qarşıdakı matçlarda o da qapıda dayanacaq ".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest