Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ağ fiqurlarla mübarizə aparıb. Məmmədyarov Liren Dinqlə, Rəcəbov isə Veselin Topalovla üz-üzə gəlib. Lakin hər iki şahmatçımız bərabərliklə kifayətlənib.
Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturniri davam edir. Matc.az saytı xəbər verir ki, bu gün VII turun görüşləri baş tutub.
Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ağ fiqurlarla mübarizə aparıb. Məmmədyarov Liren Dinqlə, Rəcəbov isə Veselin Topalovla üz-üzə gəlib. Lakin hər iki şahmatçımız bərabərliklə kifayətlənib.
"ShamkirChess 2019"
VII tur
7 aprel
Teymur Rəcəbov (Azərbaycan) - Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Liren Dinq (çin) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan) - Alekandr Qrişuk (Rusiya) - 0,5:0,5
David Navara (çexiya) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Aniş Giri (Hollandiya) - 1:0
Turnir cədvəli: 1. Maqnus Karlsen - 5 xal; 2. Sergey Karyakin - 4,5 xal; 3-8. Vişvanatan Anand, Liren Dinq, Veselin Topalov, Aleksandr Qrişuk, David Navara, Teymur Rəcəbov - 3,5 xal; 9. Şəhriyar Məmmədyarov - 2,5 xal; 10. Aniş Giri - 2 xal