"Zirə" klub tarixində 200-cü qolu vurub. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bu qol Topaz Premyer Liqasının XXIII turuna təsadüf edib.

"Bakcell Arena"da "Neftçi" ilə qarşılaşan "qartallar"ın bu oyunda (2:4) vurduğu ikinci qol yubiley xarakteri daşıyıb. Bu topa penaltini dəqiq yerinə yetirən Mfo Kqasvane imza atıb.

2014-cü ildə yaradılan "Zirə" indiyədək 161 oyun keçirib. Bu matçlarda 200 qol vuran komandanın orta məhsuldarlığı 1,24-ə bərabərdi.

Bu qollardan 125-i Premyer Liqa, 55-i Birinci divizion, 15-i Azərbaycan kuboku, 5-i UEFA Avropa Liqasına təsadüf edib. "Zirə" evdə 110, səfərdə 90 dəfə fərqlənib.

 

1-ci qol

07.09.2014. Birinci divizion. "Zirə" – MOİK – 1:0

Aslan Hüseynov, 48

50-ci qol

23.05.2015. Birinci divizion. "Göyəzən" – "Zirə" – 0:6

Elnur Abdulov, 90

100-cü qol

15.05.2016. Premyer Liqa. "Zirə" – "Kəpəz" – 2:2

Elvin Məmmədov, 69

150-ci qol

14.10.2017. "Zirə" – "Kəpəz" – 3:0

Riçard Qadze, 76

200-cü qol

06.04.2019. Premyer Liqa. "Neftçi" – "Zirə" – 4:2

Mfo Kqasvane, 80

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest