Tellur Mütəllimov "Zirə"nin heyətində 50-ci oyununu keçirib. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçinin yubileyi Topaz Premyer Liqasının XXIII turuna təsadüf edib.

O, "Neftçi" ilə qarşılaşmaya (2:4) start heyətində çıxaraq "100"ü yarılayıb. 2015/16 mövsümünün qış fasiləsində "qartallar"a qoşulan Tellur həmin il 15 çempionat və 2 kubok görüşündə meydana çıxıb. 2018-ci ilin qışında yenidən komandaya dönən yarımmüdafiəçi Premyer Liqada 21 matçın iştirakçısı olub.

Mütəllimov cari mövsümdə 20 çempionat və 2 kubok görüşündə də şans qazanıb. ümumilikdə Premyer Liqada 46, kubokda 4 dəfə meydana çıxan futbolçu vurduğu üç qola çempionat görüşlərində imza atıb.

Qeyd edək ki, Tellur "Zirə"də 50 və daha çox oyun keçirən 12-ci futbolçudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest