İngiltərə kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Matc.az saytı xəbər verir ki, bu gün növbəti finalçının adına aydınlıq gəlib.

"Uotford"la "Vulverhempton" "Uembli" stadionunda üz-üzə gəlib. Birincilər 2 top fərqi ilə geri düşməsinə baxmayaraq, əzmkar qələbə qazanmağa nail olub.

Bununla "Uotford" finalda "Mançester Siti"yə rəqib olub. Həlledici görüş mayın 18-də "Uembli"də keçiriləcək.

 

İngiltərə kuboku

Yarımfinal

7 aprel

"Uotford" - "Vulverhempton" - 3:2

Dulofeu, 79, 104; Deeni, 90+4 (pen.) - Doherti, 36; Ximenes, 62

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest