Bu gün ənənəvi "U12 Izmir Cup" beynəlxalq turnirinə yekun vurulub. Matç.az saytı xəbər verir ki, dünənki qrup oyunlarında final mərhələsinə vəsiqə qazanmağı son anda əldən verən "Qəbələ" 2 təsəlliverici görüş keçirib.

"Başakşəhər"lə qolsuz bərabərə qalan "Qəbələ" digər yerli komanda "Trabzonspor"la 1:1 edib. Təmsilçimiz penaltilər seriyasında üstün olub (5:4).

Qeyd edək ki, turnirin çempionu finalda PSV-ni (Hollandiya) məğlub edən "Mançester Siti" (İngiltərə) olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest