Azərbaycan qrossmeysterlərindən Teymur Rəcəbov ağ, Şəhriyar Məmmədyarov isə qara fiqurlarla mübarizə aparıb. Məmmədyarov autsayder Aniş Giri ilə, Rəcəbov vitse-çempion Vişvanatan Anandla heç-heçə oynayıb.

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturniri sona yaxınlaşır. Matc.az saytı xəbər verir ki, bu gün VIII turun görüşləri keçirilib.

Azərbaycan qrossmeysterlərindən Teymur Rəcəbov ağ, Şəhriyar Məmmədyarov isə qara fiqurlarla mübarizə aparıb. Məmmədyarov autsayder Aniş Giri ilə, Rəcəbov vitse-çempion Vişvanatan Anandla heç-heçə oynayıb. Lider Maqnus Karlsen isə Karyakini məğlub edərək, turnirin qalibi olub.

 

"ShamkirChess 2019"

VIII tur

8 aprel

Teymur Rəcəbov (Azərbaycan) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5

Aniş Giri (Hollandiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Veselin Topalov (Bolqarıstan) - Liren Dinq (çin) - 0:1

Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) - 0:1

Alekandr Qrişuk (Rusiya) - David Navara (çexiya) - 1:0

 

8 turdan sonra 6 xala malik Maqnus Karlsen ən yaxın izləyiciləri Aleksandr Qrişukla Sergey Karyakini 1,5 xal geridə qoyur. Vişvanatan Anand, Veselin Topalov, Dinq Liren və Teymur Rəcəbov 4 xalla 4 - 7-ci yerlərdədirlər. David Navara 3,5 xalla 8-ci, Şəhriyar Məmmədyarov 3 xalla 9-cu, Aniş Giri isə 2,5 xalla 10-cu sıradadır. Turnirə aprelin 9-da yekun vurulacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest