Türkiyənin daha bir klubu baş məşqçisi ilə yollarını ayırıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu dəfə "Bursaspor" analoji addıma əl atıb.

Superliqanın XXVII turunda səfərdə "Alanyaspor"a məğlub olan (0:1) Bursa təmsilçisi Samet Aybabanı istefaya göndərib. Bununla "timsah" son 4 mövsümdə 7-ci baş məşqçini də vaxtından əvvəl vəzifəsindən azad edib.

Dərhal yeni baş məşqçi axtarışına çıxan bursalılar Məsut Bakkalla razılığa gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest