"çətin qələbə qazandıq. Meydanda əsl xarakter nümayiş etdirdik və sübut etdik ki, bu komandanın böyük bacarığı var". Matc.az saytı xəbər verir ki, bunu "Sabah"ın müdafiəçisi Filip İvanoviç deyib.

çempionatın debütantı Topaz Premyer Liqasının XXIII turunda "Səbail" üzərində 3:1 hesablı qələbə qazanıb.

Klubun rəsmi saytına təəssüratlarını bölüşən İvanoviç qələbəni rəhbərliyə həsr edib: "Bu qələbəni klub rəhbərliyinə, məşqçi heyətinə həsr etmək istərdik. çünki bu qələbənin onlar üçün nə qədər əhəmiyyətli olduğunu bilirik. Həmçinin bizi daim dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm".

Dünənki qarşılaşmada "Sabah"ın ilk qolunun müəllifi olan serbiyalı həm də Premyer Liqada ilk qolunu vurub. İvanoviç bunun ikiqat sevinc olduğunu bildirib: "Komandada ilk qolumu vurduğuma görə şadam. Sevinirəm ki, bu qol bizim çətin qələbəmizə töhfə verdi. Ancaq bu matç artıq geridə qaldı. İndi diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest