AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında I divizionun XXI tur oyunlarında baş verən xoşagəlməz hadisələr müzakirə edilib. Matc.az saytı xəbər verir ki, növbəti dəfə maraqlı qərarlar diqqət çəkib.

"Sumqayıt-2" ilə görüşün protokolunu vaxtında təqdim etməyən "Qaradağ Lökbatan" 80 manat cərimə olunub.

"Zaqatala" – "Səbail-2" oyununa görə, qonaqların iki üzvü cəzalandırılıb. Əsas komandanın oyunçusu olan Maudo Jarjue ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. Qarşılaşma başa çatdıqdan sonra isə Rubin Seyidov hakimə qarşı fiziki təsir göstərməyə cəhd edib. Bu, onun 5 matçlıq diskvalifikasiyasına və klubunun 400 manat məbləğində cərimələnməsinə səbəb olub.

"Sabah-2" – "Şüvəlan" matçında isə qonaqların baş məşqçisi Adil Şükürov hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubuna 80 manat cərimə kəsilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest