AFFA İntizam Komitəsinin (İK) bugünkü iclasında Region Liqasındakı neqativ hallara baxılıb. Matc.az saytı xəbər verir ki, növbəti dəfə hakimin ünvanına təhqirlərin sayı kifayət qədər olub.

Region Liqasının "Uğur" (Sumqayıt) – "Energetik" (Mingəçevir) görüşündə qonaqların futbolçusu Elvin Əlizadə qırmızı vərəqə aldıqdan sonra hakimlər briqadasını söydüyü üçün 4 oyunluq cəzalanıb. Futbolçusundan əvvəl isə oyunun fasiləsində "Energetik"in məşqçisi Samir Məmmədov eyni hərəkətə yol verib. O isə qarşıdakı 5 matçı tribunadan izləməli olacaq. Həmçinin oyundan sonra mingəçevirlilərin oyunçuları Kamran Lalayev və Habib Məmmədli hakimlər briqadasını təhqir etdiyindən, komandanın 4 görüşünü buraxacaqlar.

"Füzuli" – "Bakı" matçında birincilərin məşqçisi Xəqani Quliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılarkən hakimə qarşı fiziki təsir göstərib. Buna görə, o, 1 il müddətinə yarışlardan kənarlaşdırılıb. Məşqçisindən "dərs alan" komandanın oyunçusu Habib Məmmədli də oyun bitdikdən sonra hakimlər briqadasını təhqir edərək tüpürdüyünə görə 6 oyunluq cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest