Argentina millisinin baş məşqçisi Lionel Skaloni qəzaya uğrayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, çalışdırıcı İspaniyanın Malyorka adasında xoşagəlməz hadisə ilə üzləşib.

Belə ki, Skalonini velosipedlə olarkən bir avtomobil vurub. Dərhal xəstəxanaya aparılan çalışdırıcının başından xəsarət aldığı aşkarlanıb. Lakin ilkin tibbi yardımın ardından 41 yaşlı məşqçi evə buraxılıb. Skaloni tvitter hesabı vasitəsilə səhhəti ilə bağlı qorxulu heç nəyin olmadığını yayıb.

Qeyd edək ki, onu vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest