"Yarış mənim üçün ağır keçdi. Növbəti dəfə Avropa çempionu olduğum üçün şadam. Qələbəmi aprel şəhidlərinin ruhuna ithaf edirəm. Düzdür, bu, onları geri qaytarmayacaq. Ancaq ümid edirəm ki, bununla az da olsa, ruhlarını şad etmiş olaram"

"Gördüyünüz kimi çox çətin səbətə düşmüşdüm. Finala qədər güclü rəqiblərlə qarşılaşdım. Bununla belə, titulumu qoruya bildim". Matc.az saytının məlumatına görə, bu sözləri sərbəst güləş üzrə milli komandamızın lideri Hacı Əliyev deyib.

Rumıniyada keçirilən Avropa çempionatında üçüncü dəfə qitənin ən yaxşısı adına yiyələnən pəhləvanımız final görüşündən sonra Azərbaycan Güləş Federasiyasının saytına danışıb: "Yarış mənim üçün ağır keçdi. Növbəti dəfə Avropa çempionu olduğum üçün şadam. Qələbəmi aprel şəhidlərinin ruhuna ithaf edirəm. Düzdür, bu, onları geri qaytarmayacaq. Ancaq ümid edirəm ki, bununla az da olsa, ruhlarını şad etmiş olaram".

Hacı qarşıda daha böyük hədəfləri olduğunu deyib: "Yavaş-yavaş formamın zirvəsinə çatıram. Ancaq dayanmaq olmaz. Daha da artırmaq lazımdır. çünki bizi çox güclü dünya çempionatı gözləyir. Ona çox yaxşı hazırlaşmalıyıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest