Amerika Kuboku yeni formatda keçiriləcək. Matc.az saytının məlumatına görə, yeniliklər 2020-ci ildə keçiriləcək çempionatda tətbiq ediləcək.

Yeni reqlamentə görə iştirakçılar Cənub və Şimal olmaqla iki yarımqrupa bölünüblər. Hər qrupa bir ölkə ev sahibliyi edəcək.

Şimalda Kolumbiya Braziliya, Ekvador, Peru, Venesuelanı qonaq edəcək.

Cənubda isə Boliviya, çili, Paraqvay və Uruqvay Argentinada meydan sahibləri ilə yarışacaqlar.

Hər qrupda ilk 4 yeri tutan komandalar 1/4 finala yüksələcəklər.

Yeni formata görə, Amerika Kuboku iştirakçıları 26 yox 38 oyun keçirəcəklər. Hər komanda ən az 5 qarşılaşmada meydana çıxacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest