Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir. Matc.az saytının məlumatına görə, yarışın 3-cü günündə qadın güləşçilər mübarizəyə qoşulacaq.

Püşkatma nəticəsində yığmamızın 4 üzvünün ilk rəqibləri müəyyənləşib.

Maraqlıdır ki, püşk güləşçilərimizi MDB ölkələrinin təmsilçiləri ilə üz-üzə qoyub. 

50 kq
1/4 final - Türkan Nəsirova - Oksana Livaç (Ukrayna) 

59 kq
1/4 final - Elmira Qəmbərova - Svetlana Lipatova (Rusiya)

68 kq
Təsnifat - İrina Netreba – Yevgeniya Andreyçikava (Belarus)

76 kq
1/8 final – Səbirə Əliyeva – Natalya Lanko (Belarus)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest