"Karyeramın son illərini Azərbaycanda keçirdim. Azərbaycanda çıxış etdiyim zaman, Xviça da orda futbol oynamağa başladı. İlk addımlarını həyətdə uşaqlarla top qovmaqla atıb".

"Karyeramın son illərini Azərbaycanda keçirdim". Matc.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliya deyib.

Milliləşən legioner Moskva "Lokomotiv"inin gənc ulduzu olan oğlu Xviça Kvaratsxeliyanın karyerası barədə Rusiya mətbuatına müsahibə verib. Azərbaycanda "Kəpəz" və "Şəmkir"də oynamış, ardınca fasilələrlə müxtəlif klublarda məşqçi işləmiş futbol veteranı oğlunun ilk addımlarını ölkəmizdə atdığını bildirib: "Azərbaycanda çıxış etdiyim zaman, Xviça da orda futbol oynamağa başladı. İlk addımlarını həyətdə uşaqlarla top qovmaqla atıb".

Kvaratsxeliya "Lokomotiv"in baş məşqçisi Yuri Syominlə şəxsi tanışlığının olmadığını, lakin 2012-13-cü illərdə Ramiz Məmmədovun köməkçisi olduğu "Qəbələ"də onları məhz rusiyalının əvəzlədiyini xatırladıb: "Yuri Palıç Syomin oğlumun keçidində şəxsən maraqlı idi. O və skautları Xviçanı oyunlar zamanı izləyirdilər. Onunla şəxsi tanışlığım yoxdu. Syomini Azərbaycandan tanıyıram. Elə alındı ki, mən "Qəbələ"də işləyirdim. Bizdən sonra komandanı məhz Syomin qəbul etdi. Şadam ki, Xviça belə güclü mütəxəssislə işləyəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest