Futzal üzrə Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək. Matc.az saytı xəbər verir ki, yığmamız "Kaspi kuboku"na qatılacaq.

Bunu Qazaxıstan Futbol Federasiyasının futzal departamentinin rəhbəri Askar Abildayev deyib. O bildirib ki, turnir bu ilin sentyabrında baş tutacaq: "İyulun sonlarında iki həftəlik toplanış olacaq. Sentyabrda isə Rusiyanın Həştərxan şəhərində beynəlxalq turnirə qatılacağıq. Həmin yarışda 4 yığma - Qazaxıstan, Azərbaycan, İran və yerli Rusiya yarışacaq".

Qeyd edək ki, turnir Dç-2020-nin əsas seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest