I divizionda XXII turun oyunlarının təyinatları açıqlanıb. Matc.az saytının məlumatına görə, Premyer Liqa referiləri növbəti dəfə aşağı liqaya göndərilib.

Maraqlıdı ki, aprelin 11-12-də I divizionda iş başında olacaq bəzi hakimlər ayın 13-14-də Premyer Liqa matçlarında hakimlik edəcəklər. FİFA referisi Əliyar Ağayev ardıcıl iki gün "Zirə"nin ev oyununda olacaq. Aprelin 12-də ikinci komandanın "Turan Tovuz"la görüşündə 4-cü hakim olacaq Ağayev ertəsi gün elita təmsilçisinin "Sumqayıt"la qarşılaşmasında fit çalacaq.

İnqilab Məmmədov, Rauf Allahverdiyev, Rəşad Əhmədov, Vüqar Həsənli, Rövşən Rəcəbov, Səbuhi Bayramov və Kamal Umudlu da hər iki çempionata təyinat alıb. Onlardan yalnız Vüqar Həsənli həm Premyer Liqa, həm də I divizion matçında baş hakim olacaq. Kamal Umudlu isə aprelin 11-də I divizionda "Qarabağ-2" – "Neftçi-2" qarşılaşmasını idarə edəcək, ertəsi gün MOİK – "Keşlə-2" görüşündə, ayın 14-də isə Premyer Liqada "Səbail" – "Neftçi" oyunuda 4-cü hakim qismində fəaliyyət göstərəcək.

 

I divizion

XXII tur

11 aprel (cümə axşamı)

15:00. "Qarabağ-2" – "Neftçi-2"

Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Elman Kərimov, Elçin Məsiyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

"Azersun Arena"

 

15:00. "Ağsu" – "Zaqatala"

Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Teymur Teymurov, Rövşən Rəcəbov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Ələddin Ələkbərov

Ağsu şəhər stadionu

 

15:00. "Sumqayıt-2" – "Sabah-2"

Hakimlər: Rauf Allahverdiyev, Vüqar Bayramov, Əli Cəbrayılov, Namiq Bəkirov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

"Kapital Bank Arena" (ehtiyat meydança)

 

15:00. "Şüvəlan" – "Kəpəz"

Hakimlər: Vüqar Həsənli, Yaşar Abbasov, Elmin Süleymanov, Səbuhi Bayramov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

"AZAL Arena"

 

12 aprel (cümə)

15:00. MOİK – "Keşlə-2"

Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Elxan Əsgərzadə, Kamal Umudlu

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

 

15:00. "Səbail-2" – "Qaradağ Lökbatan"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov

Hakim-inspektor: Kərim Ağayev

AFFA nümayəndəsi: Seymur Səlimli

"Bayıl Arena"

 

15:00. "Zirə-2"  - "Turan Tovuz"

Hakimlər: Rövşən Rəcəbov, Eyyub İbrahimov, Səbuhi Soltanov, Əliyar Ağayev

Hakim-inspektor: Fazil Mürşüdov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

"AZAL Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest