Bolqarıstan mətbuatında yazılana görə, tanınmış mütəxəssis Plamen Bratoyçev yetirməsinin 250 min dollar qarşılığında buna razılıq verməsinə mane olub. 22 yaşlı atlet həmin vaxt vətəndaşlığını dəyişməkdən imtina etməsinin səbəbi kimi Bolqarıstana olan sevgisini göstərib.
Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanan bolqarıstanlı ağırlıqqaldıran Bojidar Andreyevlə bağlı maraqlı məqam üzə çıxıb. Matc.az saytı xəbər verir ki, gənc idmançının bir neçə il əvvəl Azərbaycan millisindən dəvət aldığı aşkarlanıb.
Bolqarıstan mətbuatında yazılana görə, tanınmış mütəxəssis Plamen Bratoyçev yetirməsinin 250 min dollar qarşılığında buna razılıq verməsinə mane olub. 22 yaşlı atlet həmin vaxt vətəndaşlığını dəyişməkdən imtina etməsinin səbəbi kimi Bolqarıstana olan sevgisini göstərib.
Qeyd edək ki, yığmamızı bolqarıstanlı mütəxəssislər Yanko Rusev və Zlatko Vanev çalışdırdığı zaman onların həmyerliləri də komandamıza cəlb olunmuşdu.