"Mançester Yunayted"in yarımmüdafiəçisi Ander Errera komandasını dəyişə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 30 yaşlı oyunçu artıq təkliflər almağa başlayıb.

İspaniya millisinin üzvünün keçidində ən çox maraqlı olan komanda "Arsenal"dı. "Topçular" "Yuventus"la anlaşan Aaron Remsinin boşluğunu məhz Errera ilə doldurmaq niyyətindədi. Lakin PSJ də futbolçunu heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Ander Erreranın "Mançester Yunayted"lə müqavilə müddəti cari mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest