"İnter"in hücumçusu Mauro İkardi komandasını dəyişmək arzusundadı. Matc.az saytının AS nəşrinə istinadən məlumatına görə, argentinalı forvard "neradzurra"da qalmaq niyyətindən uzaqdı.

Yeni müqavilə təklifini qəbul etməyən 26 yaşlı forvardın istəyi "Real"a keçməkdi. Lakin hazırkı vəziyyətdə o, "kral klubu"nun transfer gündəmində deyil. Futbolçu ilə "Yuventus", "Napoli" və "Mançester Yunayted" maraqlanır. Bu "üçlük"dən Turin klubu bir addım öndə göstərilir.

Qeyd edək ki, Mauro İkardinin "İnter"lə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest