Almaniya III Bundesliqasında XXXIII tura start verilib. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" səfər oyununa çıxıb.

Münster təmsilçisi "Münhen 1860"ın qonağı olub. Qarşılaşmanın taleyini 1 qol həll edib. Məhz Dadaşovun 30-cu dəqiqədə vurduğu yeganə top "Proyssen"ə səfər qələbəsi qazandırıb. 90 dəqiqəni əvəz edilmədən keçirən Rüfət 78-ci dəqiqədə də sarı vərəqə alıb.

Bu qələbə sayəsində turnir cədvəlində rəqibini qabaqlayan "Proyssen" 6-cı pilləyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest