"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqanın XXIV turunda "Qarabağ"a səfərdə 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Matc.az xəbər verir ki, 49 yaşlı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

- Gördüyünüz kimi, "Qarabağ" bizi hər cəhətdən üstələdi. İtkilərimiz özünü göstərdi. "Qarabağ" layiqli qələbə qazandı.

- Yeni mövsümlə bağlı planlarınız necədir? Komandada qalacaqsınız?

- Mövsümün sonunu gözləyirik. Bundan sonra söhbət olacaq. Hələ ki rəhbərliklə söhbət olmayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest