Sevincliyəm, nəhayət tilsimi qırdım. Demək olar, iki il idi ki, bu cür meydanda oynamırdım. Süni meydançada çıxış eləmək çox ağırdı. Psixololji vəziyyət də bizim üçün yaxşı deyildi.

"Bizim üçün çətin oyun idi. Bilirdik ki, yaxşı əhval-ruhiyyədə olmaq üçün yaxşı da nəticə qazanmalıyıq. Ona görə də əlimizdən gələn hər şeyi edib qələbə qazandıq". Matc.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu David Volkov deyib.

Topaz Premyer Liqasının XXIV turunda səfərdə "Keşlə" ilə qarşılaşan bölgə təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Matçdan sonra jurnalistlərin suallarını cavablandıran gürcü oyunçu "Qəbələ"də ilk qolunu vurmasına toxunub: "Bunun üçün bir az gözləməli oldum. Sevincliyəm, nəhayət tilsimi qırdım. Demək olar, iki il idi ki, bu cür meydanda oynamırdım. Süni meydançada çıxış eləmək çox ağırdı. Psixololji vəziyyət də bizim üçün yaxşı deyildi".

Volkov bu oyunda xüsusilə yaxşı çıxış etməsini isə belə şərh edib: "Neçə oyun idi ki, qələbə qazana bilmirdik, ardıcıl heç-heçələr edirdik, "Qarabağ"a uduzmuşduq, ona görə də bu matça xüsusi motivasiya ilə çıxmışdım. Kuboku qazanmaq əsas hədəflərimizdən biridir. Futbolda hər şey olur, üçüncü yeri tutmaq istəyirik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest