"Neftçi" çempion olmaq, biz isə avrokuboka düşmək istəyirik. Gərgin matç alındı. Təəssüf ki, 90+6-cı dəqiqədə qol buraxdıq"

"çox maraqlı oyun alındı. Stadiona gələnlər əsl futbol izlədilər. Hər iki komanda uduzmaq istəmirdi". Matc.az saytının məlumatına görə, bunu "Səbail"in futbolçusu Ruslan Qurbanov deyib.

Topaz Premyer Liqasının XXIV turunda evdə "Neftçi" ilə 2:2 hesablı bərabərlik əldə edən paytaxt təmsilçisinin hücumçusu bildirib ki, iki xal itirən tərəf "Səbail" olub: "Neftçi" çempion olmaq, biz isə avrokuboka düşmək istəyirik. Gərgin matç alındı. Təəssüf ki, 90+6-cı dəqiqədə qol buraxdıq. Hərçənd, baş hakim oyunun əsas vaxtına 5 dəqiqə əlavə etmişdi. Hakimlik barədə danışmaq istəmirəm. Hamı hər şeyi gördü. Bu gün iki xal itirən tərəf biz olduq. "Neftçi" yaxşı komandadır, çempionluq uğrunda mübarizə aparır. Onlara uğur arzulayıram. İndi sıx qrafik var. Bu nəticə onlar üçün ikiqat zərbədir. Elə bizim üçün də. çünki 3 xalın əvəzinə 1 xal götürdük".

Qurbanov deyib ki, "Səbail"in məqsədi 3-cü yerdə qalmaqdır: "İlk dövrədə "Neftçi"yə böyük hesabla uduzduq. İkincidə də uduzduq. Ancaq son 2 görüşdə qalib gəldik. Baş məşqçimiz düzgün tapşırıqlar verdi, sona qədər döyüşməyi tapşırdı. Futbolda hər şey mümkündür. Sona 10 dəqiqə qalmış dönüş etdik, amma yenə də qələbəni əldən verdik. Mövsümün başa çatmasına 4 tur qalıb. 3-cü yerdə qalmaq üçün əlimizdən gələni edəcəyik. Qapıçımız Aleksandr Rıbkanın qırmızı vərəqə almağına gəlincə, nə baş verdiyin görmədim. Futbolda emosiyanallıq olur. Son dəqiqələrdə qol buraxmaq istəmirdi. Burda qorxulu bir şey yoxdur. Rıbkanı günahkar saymıram. Mayda "Səbail" ilə müqaviləm başa çatır. Zədəli idim, indi forma yığıram. Az oynamağım məni də narahat edir. Millidə yer almaq istəyirəm. Bunun üçün çalışacağam".

Sportnet.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest